Rusiyada artilleriya anbarında növbəti partlayış olub, 8 nəfər yaralanıb - YENİLƏNİB

Rusiyada artilleriya anbarında növbəti partlayış olub, 8 nəfər yaralanıb - YENİLƏNİB
# 09 avqust 2019 19:43 (UTC +04:00)

Bu gün Rusiyanın Krasnoyarsk diyarının Açinsk şəhərində artilleriya anbarında növbəti partlayış baş verib.

APA-nın xəbərinə görə, bu barədə TASS agentliyi məlumat yayıb. Partlayış nəticəsində Açinsk Mərkəzi Xəstəxanasına 8 nəfər yerləşdirilib. Durumu orta-ağır olan həmin 8 nəfərdən 5-i mülki şəxs, biri hərbçi, 2-i isə polis əməkdaşıdır.

Güc strukturları artilleriya anbarında növbəti partlayışın səbəbinin ildırım vurması olduğunu bildirib. İlkin məlumata görə, ildırım anbarda mərmilərin olduğu sahəyə düşüb və nəticədə iki ardıcıl partlayış baş verib. Hadisə ərazinin mərmilərdən təmizlənməsi işi aparılan zaman olub.

TASS artilleriya anbarı yaxınlığındakı Kamenki kəndinin əhalisinin daha təhlükəsiz Malinovka yaşayış məntəqəsinə evakuasiya edildiyini də yazıb.

***

19:29

Rusiyanın Krasnoyarsk diyarının Açinsk şəhərində artilleriya anbarı yaxınlığında partlayış baş verib.

APA-nın “RİA Novosti”-yə istinadən verdiyi məlumata görə, partlayış nəticəsində 5 nəfər xəsarət alıb.

Kamenka yaşayış məntəqəsindən 500 metr uzaqlıqda qatarın hərəkəti zamanı partlayış olub və qatarın şüşələri sınıb. Xəsarət alan 5 nəfərdən 4-ü xəstəxanaya yerləşdirilib. Travma alan və şüşə parçalarının yaraladığı həmin şəxslərin durumu orta ağırdır.

Qeyd edək ki, avqustun 5-də Krasnoyarsk diyarının Açinsk şəhərində hərbi hissənin ərazisində partlayışla müşayiət olunan yanğın baş verib. Partlayış nəticəsində 4 nəfər xəsarət alıb. Anbarın yaxınlığında yerləşən yaşayış məntəqələrinin sakinlərinin təxliyəsinə qərar verilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR