Rusiyada ötən sutka 4 390 hektar meşə yanğını söndürülüb

Rusiyada ötən sutka 4 390 hektar meşə yanğını söndürülüb
# 08 iyul 2022 04:26 (UTC +04:00)

Rusiyalı yanğınsöndürənlər ötən sutka 4 390 hektar ərazidə meşə yanğınlarını söndürüblər.

APA-nın xəbərinə görə, bu barədə Meşələrin Mühafizəsi üzrə Federal Agentlik məlumat verib.

Qeyd edilib ki, ötən sutka ərzində ümumi sahəsi 4 390 hektar ərazidə 78 meşə yanğını söndürülüb. Son saata olan məlumata görə, Federasiya ərazisində 30 418 hektar sahədə 122 aktiv meşə yanğını davam edir. Ən ağır vəziyyət Yakutiyadadır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR