Rusiyada sərnişin avtobusu minik maşını ilə toqquşub, 4 nəfər ölüb

Rusiyada sərnişin avtobusu minik maşını ilə toqquşub, 4 nəfər ölüb
# 12 yanvar 2022 08:08 (UTC +04:00)

Rusiyanın Krasnoyarsk diyarının cənubunda sərnişin avtobusu minik avtomobili ilə toqquşub.

APA Rusiya Daxili İşlər Nazirliyinin regional Baş İdarəsinin məlumatına istinadən xəbər verir ki, hadisə nəticəsində 4 nəfər ölüb, 3 nəfər yaralanıb.

Avtobusda 15 nəfər olub, onlardan 3-nə tibbi yardım göstərilib.

Hadisənin təfərrüatları və səbəbləri araşdırılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR