Bank Of Baku

Sankt-Peterburqda hava məkanına qoyulan məhdudiyyət aradan qaldırılıb - YENİLƏNİB-1

Sankt-Peterburqda hava məkanına qoyulan məhdudiyyət aradan qaldırılıb - YENİLƏNİB-1
# 28 fevral 2023 13:04 (UTC +04:00)

Sankt-Peterburqda hava məkanına qoyulan məhdudiyyət aradan qaldırılıb.

APA-nın Rusiya bürosu yerli KİV-ə istinadən xəbər verir ki, artıq təyyarə reysləri hava limanına enişə keçib.

***

12:53

Sankt-Peterburqun hava məkanı Pulkovo hava limanı ərazisində müşahidə olunan naməlum obyektə görə bağlanıb.

APA-nın Rusiya bürosu xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyindən bildirilib.

***

12:22

Sankt-Peterburqun “Pulkovo” hava limanı uçuşları müvəqqəti dayandırıb.

APA-nın Rusiya bürosu xəbər verir ki, hava limanı təyyarələri nə qəbul edir, nə də uçuşa göndərir.

“Baza” telegram kanalı Peterburqun hava məkanının yerli vaxtla saat 13:00-a qədər bağlandığı haqqında məlumat yayıb.

Peterburqun yerli hakimiyyət orqanları “Pulkovo” hava limanında reyslərin 12 saata kimi gecikəcəyini elan edib.

Rusiyanın telegram kanalları Sankt-Peterburqun hava məkanının bağlandığı və mülki təyyarələrin hazırda Pulkovoya uçmadığı haqqında məlumat yayıb.

İlkin məlumatlara görə, hava məkanının bağlanmasına səbəb hava məkanını pozan naməlum uçuş aparatı olub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR