Bank Of Baku

Belarus XİN rəhbəri: Ermənistanın KTMT-nin məxfi sənədlərinə çıxışını məhdudlaşdırmaq məqsədəuyğundur

Maksim Rıjenkov

© APA | Maksim Rıjenkov

# 12 noyabr 2026 02:54 (UTC +04:00)

Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) məxfi xarakterli sənədlərinə çıxışının məhdudlaşdırılması məqsədəuyğundur.

APA xəbər verir ki, bunu Belarusun xarici işlər naziri Maksim Rıjenkov “Belarus 1” telekanalına müsahibəsi zamanı bildirib.

Onun sözlərinə görə, məxfi məlumatlar nəzəri olaraq bu inteqrasiya birliyini inkişaf etdirmək niyyətində olan ölkələrin maraqlarına zidd istifadə edilə bilər.

Nazir qeyd edib ki, Ermənistan xalqı deyil, ölkənin ali rəhbərliyi KTMT və Avrasiya İqtisadi İttifaqında (Aİİ) iştirakına münasibətini dəyişib.

Rıjenkov Ermənistanın bu təşkilatlarda iştirakını “passiv iştirak” adlandırıb. Onun sözlərinə görə, İrəvan həmin qurumların yalnız özünə sərf edən imkanlarından yararlanır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR