Şoyqu: “Son 10 gündə Ukraynada xaricdən gətirilən 51 hərbi texnika məhv edilib”

Şoyqu: “Son 10 gündə Ukraynada xaricdən gətirilən 51 hərbi texnika məhv edilib”
# 07 iyun 2022 14:14 (UTC +04:00)

Ukraynadakı əməliyyatın son 10 günü ərzində xaricdən gətirilən 51 hərbi texnika məhv edilib.

APA-nın Moskva müxbiri xəbər verir ki, bu barədə Rusiya müdafiə naziri Sergey Şoyqu selektor müşavirəsində bildirib.

“Ukraynada xüsusi hərbi əməliyyatın son 10 günü ərzində 51 ədəd xarici hərbi texnika, o cümlədən 12 zirehli döyüş maşını, 21 155 mm-lik haubitsa, 2 reaktiv yaylım atəşi sistemi və 16 pilotsuz uçuş aparatı məhv edilib", - Rusiya MN rəhbəri qeyd edib.

Şoyqu Rusiyanın əsas ərazisindən Krıma avtomobil hərəkətinin açıldığını deyib.

"Rusiyanın əsas ərazisindən Krıma avtomobil nəqliyyatı əlaqəsi açılıb. Şimali Krım kanalı vasitəsilə Krım yarımadasına maneəsiz suyun verilməsi bərpa edilib", - deyə Şoyqu vurğulayıb.

Şoyqunun sözlərinə görə, aqrar-sənaye kompleksinin potensialı ildə orta hesabla 10 milyon ton dənli bitkilər, 1,4 milyon ton tərəvəz bitkiləri istehsalı təşkil edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR