Şoyqu: Son iki həftədə 200 muzdlu döyüşçü məhv edilib

Şoyqu: Son iki həftədə 200 muzdlu döyüşçü məhv edilib
# 01 noyabr 2022 16:03 (UTC +04:00)

Rusiya Silahlı Qüvvələrinin Ukraynada həyata keçirdiyi “xüsusi hərbi əməliyyat” zamanı son 2 həftə ərzində təxminən 200 muzdlu döyüşçü məhv edilib.

APA TASS-a istinadən xəbər verir ki, bunu Rusiyanın müdafiə naziri Sergey Şoyqu deyib.

Onun sözlərinə görə, bundan əlavə, 74 tank, 235 digər zirehli maşın, 2 ədəd HİMARS yaylım atəşi sistemi və üzərində iriçaplı pulemyotlar olan 268 maşın məhv edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR