Tbilisi aeroportunda Ermənistan vətəndaşından 1 kq-dan çox qızıl götürülüb

Tbilisi aeroportunda Ermənistan vətəndaşından 1 kq-dan çox qızıl götürülüb
# 23 sentyabr 2019 14:36 (UTC +04:00)

Tbilisi hava limanında Ermənistan vətəndaşından 1 kq-dan çox qızıl-zinət əşyası götürülüb.

APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Gürcüstan Maliyyə Nazirliyinin Gəlirlər Xidməti məlumat yayıb.

Bildirilib ki, qurumun əməkdaşları Ermənistan vətəndaşı A. Q-nın əl yükünə baxış keçirərkən dəyəri 153 916.26 lari (88 min 508.34 manat) olan 1 kq-dan çox qızıl-zinət əşyası aşkarlayıblar.

Faktla bağlı araşdırmalara başlanılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR