Yunus-Bek Yevkurov Rusiya müdafiə nazirinin müavini təyin olunub

Yunus-Bek Yevkurov Rusiya müdafiə nazirinin müavini təyin olunub
# 08 iyul 2019 16:01 (UTC +04:00)

Ruasiya Federasiyası İnquşetiya Respublikasının sabiq rəhbəri Yunus-Bek Yevkurov Rusiya müdafiə nazirinin müavini təyin olunub.

APA-nın məlumatına görə, bu barədə Rusiya prezidenti Vladimir Putin fərman imzalayıb.

Yevkurova, həmçinin, general-leytenant rütbəsi verilib.

Qeyd edək ki, Yunus-Bek Yevkurov 2008-ci il oktyabrın 30-dan 2019-cu il iyunun 24-dək İnquşetiyanın rəhbəri olub.

Onun istefasından sonra V. Putin bu vəzifənin icrasını müvəqqəti olaraq Mahmud-Əli Kalimatova həvalə edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR