Zyuqanov: “Qorbaçov öz xalqına bədbəxtlik, kədər və problem gətirən siyasətçi olub”

Gennadi Zyuqanov

© APA | Gennadi Zyuqanov

# 31 avqust 2022 13:48 (UTC +04:00)

Rusiya Kommunist Partiyasının lideri Gennadi Zyuqanov Mixail Qorbaçovun dünya səviyyəsində siyasətçi olması ilə bağlı fikirləri bölüşmədiyini açıqlayıb.

APA-nın Moskva müxbiri xəbər verir ki, Zyuqanov Qorbaçovun öz xalqına bədbəxtlik, kədər və problem gətirdiyini söyləyib.

"Mən rus pravoslav mədəniyyəti, sovet vətənpərvərlik ənənələri ilə tərbiyə olunan bir insanam və bu qaydaya əməl edirəm ki, dünyasını dəyişənlər haqqında ya yaxşı danışmalısan, ya da heç nə deməməlisən. Amma bu, böyük siyasətçilərə aid olmayanda belədir. Dünyanın taleyi, insanların rifahı onların fəaliyyətindən, bütün dövlətin ləyaqətindən asılıdır. Mən bu qiymətləndirmələri, Qorbaçovun dünya miqyasında siyasətçi olması fikirlərini qətiyyən bölüşmürəm. Qorbaçov öz xalqına bədbəxtlik, kədər və problem gətirən idarəçilərdən biri olub”, - deyə Rusiya kommunistlərinin lideri qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR