Dağıstanda terror törətmək istəyən İŞİD tərəfdarı saxlanılıb

Dağıstanda terror törətmək istəyən İŞİD tərəfdarı saxlanılıb
  • Clock-gray 16:29
  • calendar-gray 18 Sentyabr 2019

Rusiya Federal Təhlükəsizlik Xidmətinin əməkdaşları Dağıstanda İŞİD tərəfdarına qarşı əməliyyat keçiriblər.

APA-nın Moskva müxbirinin Milli Antiterror Mərkəzinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, saxlanılan İŞİD tərəfdarı Dağıstanda hakimiyyət və güc orqanlarının əməkdaşlarına qarşı terror aktı törətməyi planlaşdırıb.

Dağıstanın Tarumovski rayonundakı meşə massivində həmin şəxsə məxsus böyük gücə malik əldə qayırma partlayıcı qurğu aşkar edilərək götürülüb.

Bildirilib ki, saxlanılan şəxs 2000-ci il təvəllüdlü Rusiya vətəndaşıdır.

Fərid Əkbərov

Digər xəbərlər

Arxiv

date