Yuğ Teatrının direktoru Böyük Britaniyada keçiriləcək beynəlxalq müsabiqədə iştirak edəcək

Yuğ Teatrının direktoru Böyük Britaniyada keçiriləcək beynəlxalq müsabiqədə iştirak edəcək
# 20 iyun 2008 09:07 (UTC +04:00)
Bakı. Qasımova Ülkər - APA. Dövlət Yuğ Teatrının direktoru Tərlan Rəsulov Böyük Britaniyada keçiriləcək beynəlxalq müsabiqədə iştirak edəcək. T. Rəsulov APA-ya bildirib ki, müsabiqə iyulun 24-dən avqustun 8-dək Böyük Britaniya Şurasının dəstəyi ilə keçiriləcək. O, müsabiqəyə layihə təqdim edəcəyini deyib. Təşkilatçılar qalib gələn layihənin həyata keçirilməsi üçün 12000 ABŞ dolları məbləğində qrant ayıracaqlar.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR