Azərbaycan Dövlət Kukla Teatrının kollektivi “Kaspiyskiy bereq” adlı beynəlxalq teatr festivalında iştirak edəcək

Azərbaycan Dövlət Kukla Teatrının kollektivi “Kaspiyskiy bereq” adlı beynəlxalq teatr festivalında iştirak edəcək
# 28 oktyabr 2008 09:46 (UTC +04:00)
Bakı. Ülkər Qasımova - APA. Xəzəryanı ölkələrin kukla teatrlarının Həştərxanda keçiriləcək “Kaspiyskiy bereq” adlı I beynəlxalq teatr festivalında Azərbaycan da təmsil olunacaq. Mədəniyyət və Turizm Nazirliyinin incəsənət şöbəsindən APA-ya bildirilib ki, festivala Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrının kollektivi də qatılacaq. Noyabrın 2-dən 7-dək davam edəcək festivalda teatrın yaradıcı kollektivi Elşad Rəhmanzadənin “Oyun çələngi” və Şarl Peronun “Qırmızı papaq” tamaşaları ilə çıxış edəcək.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR