İstiqlal Muzeyində 31 mart soyqırımına həsr olunmuş sərgi keçirilib - FOTOSESSİYA

İstiqlal Muzeyində 31 mart soyqırımına həsr olunmuş sərgi keçirilib - <font color=red>FOTOSESSİYA</font>
# 30 mart 2010 12:54 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Azərbaycan İstiqlal Muzeyinin ekspozisiyasında 31 mart soyqırımının 92-ci ildönümü ilə əlaqədar “Susa bilmirəm” adlı tədbir-sərgi təşkil olunub. APA-nın məlumatına görə, sərgidə çıxış edən muzeyin direktoru Fəridə Şəmsi soyqırımın tarixinə nəzər salıb, 1918-ci ildə soydaşlarımızın başına gətirilən bəlalardan danışıb.

Sərgidə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının, Ə. Əzimzadə adına İncəsənət Kollecinin və Elit Gimnaziyasının tələbələrinin rəsm, qrafika və heykəltəraşlıq əsərləri nümayiş etdirilib. Daha sonra bu ilin yanvarından mart soyqırımı mövzusuna aid elan olunan müsabiqənin qaliblərinin adları açıqlanıb. Qaliblər fəxri fərman və diplomlarla təltif olunub.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR