Abay Kunanbayevin 175 illik və Üzeyir Hacıbəyovun 135 illik yubileyi münasibətilə İspaniyada poçt markaları çap olunub - FOTO

Abay Kunanbayevin 175 illik və Üzeyir Hacıbəyovun 135 illik yubileyi münasibətilə İspaniyada poçt markaları çap olunub - FOTO
# 12 dekabr 2020 02:11 (UTC +04:00)

Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun dəstəyi və Azərbaycan Respublikasının İspaniya Krallığındakı Səfirliyinin yaxından iştirakı ilə Türk dünyasının iki nəhəng siması - Qazaxıstanın böyük şairi, yazıçısı, bəstəkarı, ictimai xadimi, müasir qazax yazılı ədəbiyyatının banisi Abay Kunanbayevin 175 illik və Azərbaycanın görkəmli bəstəkarı, musiqişünas-alimi, publisisti, dramaturqu, pedaqoqu, Şərqdə ilk opera və operrettanın müəllifi, Azərbaycan milli musiqi məktəbinin banisi Üzeyir Hacıbəyovun 135 illik yubileyi münasibətilə İspaniyada poçt markaları çap olunub.

Fonddan APA-ya verilən məlumata görə, Abay Kunanbayev və Üzeyir Hacıbəyovun təsvirlərini, qələm nümunələrini, eləcə də Türk Dünyasının mədəni dəyərlərini, milli musiqi alətlərini özündə əks etdirən poçt markaları bütün İspaniya ərazisində dövriyyəyə buraxılıb.

Markaların çapı Türk Dünyasının dahi sənətkarlarını daha geniş beynəlxalq auditoriyalarla tanış etmək məqsədi daşıyır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR