Azərbaycan ABŞ-da keçirilən yəhudi film festivalında təmsil olunub

Azərbaycan ABŞ-da keçirilən yəhudi film festivalında təmsil olunub
# 02 mart 2020 10:09 (UTC +04:00)

ABŞ-ın Nyu-York şəhərində 23-cü Nyu-York Sephard Yəhudi Film Festivalı keçirilib.

APA xəbər verir ki, 23 fevral – 2 mart tarixlərini əhatə edən festivalda Azərbaycan bu il ilk dəfə rejissor Rüfət Əsədovun “Kənddə sonuncu yəhudi” filmi ilə təmsil olunub. Film ABŞ və Avropa ölkələrində dəfələrlə nümayiş olunmasına baxmayaraq, bu festivalda da maraqla qarşılanıb.

Festival çərçivəsində keçirilən mətbuat konfransında çıxış edən rejissor Rüfət Əsədov bildirib ki, Azərbaycanda bir çox etnik və milli azlıq kimi, yəhudilərin də bütün milli və insani hüquqları dövlət səviyyəsində qorunur, bu film ölkəmizdə yəhudi xalqının milli dəyərlərinə hörmətin təzahürüdür.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR