Dövlət Xidmətinin rəis müavini Qobustan qoruğunda olub

Dövlət Xidmətinin rəis müavini Qobustan qoruğunda olub
  • Clock-gray 12:04
  • calendar-gray 13 Fevral 2021

Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəis müavini, rəisin vəzifə səlahiyyətlərini icra edən Azad Cəfərli Qobustan Milli Tarix- Bədii Qoruğuna səfər edib,  qoruğun fəaliyyəti ilə tanış olub.

Dövlət Xidmətindən APA-ya verilən məlumata görə, qoruq əməkdaşları ilə keçirilən görüş zamanı onların gələcəkdə daha keyfiyyətli iş və  səmərəli nəticələrə yönəlmiş təklifləri dinlənilib. 

A.Cəfərli post-pandemiya dövründə çağırışlara və gözləntilərə  uyğun fəaliyyətin  qurulmalı olduğunu bildirib. Xalqımızın qədim mədəniyyətinin bənzərsiz incisi olan Qobustanın unikal qayaüstü təsvirləri ilə təkcə ölkə miqyasında deyil,  həm də  dünyanın azsaylı bənzər abidələri sırasında xüsusi yer tutduğunu vurğulayıb. 

Dövlət Xidmətinin rəis müavini  qoruğun fəaliyyətinin daha da gücləndirilməsi, gələcək fəaliyyət istiqamətləri və görüləcək işlər barədə tapşırıq və tövsiyələrini verib.

Mirmehdi Ağaoğlu

Digər xəbərlər