“Mağara” abidəsinin ətrafındakı qanunsuz hasarlar sökülüb, abidəyə mühafizə lövhəsi vurulub

“Mağara” abidəsinin ətrafındakı qanunsuz hasarlar sökülüb, abidəyə mühafizə lövhəsi vurulub
# 11 sentyabr 2020 16:39 (UTC +04:00)

Dübəndi qəsəbəsinin Xəzərsahili ərazisində yerləşən qayaüstü təsvirlər olan “Mağara” abidəsinə müdaxilənin qarşısı alınıb.

Bu barədə APA-ya Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin mətbuat katibi Fariz Hüseynli məlumat verib.

O bildirib ki, bir müddət öncə böyük tarixi əhəmiyyətə malik olan abidə naməlum şəxslər tərəfindən qanunsuz hasarlanaraq üzərində tikinti işləri aparılmışdı: “Xəzər rayon İcra Hakimiyyəti ilə birgə hazırda qanunsuz hasarlar sökülüb, abidəyə mühafizə lövhəsi vurulub. Tarixi abidənin ətrafının tam təmizlənməsi istiqamətində işlər aparılır”.

Qeyd edək ki, e.ə IV-I minilliyə aid olan “Mağara” abidəsinə bir neçə dəfə naməlum şəxslər tərəfindən müdaxilə halları baş verib, ərazidə abidənin dövlət tərəfindən qorunması ilə bağlı qoyulan mühafizə lövhələri çıxardılaraq, abidənin ətrafı hasarlanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR