Mədəniyyət Nazirliyinin nümayəndə heyətinin Türkiyəyə səfəri davam edir

Mədəniyyət Nazirliyinin nümayəndə heyətinin Türkiyəyə səfəri davam edir
  • Clock-gray 10:20
  • calendar-gray 02 Mart 2021

Mədəniyyət Nazirliyinin nümayəndə heyətinin Türkiyəyə rəsmi səfəri davam edir.

Martın 1-də mədəniyyət naziri Anar Kərimov və nümayəndə heyətinin üzvləri Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün məzarını – Anıt qəbri ziyarət ediblər. 

Mədəniyyət Nazirliyindən APA-ya verilən məlumata görə, Anıt qəbrin önünə əklil qoyulub, “Azərbaycanın kədəri bizim kədərimiz, sevinci bizim sevincimizdir” deyən böyük öndər Atatürkün xatirəsi dərin ehtiramla yad edilib.

Sonra Cümhurbaşqanı Simfonik Orkestri (CSO) binasına gələn nümayəndə heyəti burada yeni konsert salonu ilə tanış olub. 

Türkiyənin ən böyük musiqi təsisatlarından olan CSO-nun tarixi və fəaliyyəti haqqında məlumat verilib. 

Daha sonra A.Kərimov və nümayəndə heyətinin üzvləri Ankara şəhərindəki Heydər Əliyev parkını ziyarət ediblər. 

Nümayəndə heyəti ölkəmizin Türkiyədəki səfirliyi tərəfindən keçirilən və mərhum səfir Fuad İsmayılovun xatirəsinə həsr olunan Azərbaycan-Türkiyə münasibətlərinə dair məqalə müsabiqəsinin qaliblərinin mükafatlandırılması mərasimində də iştirak edib.

Mirmehdi Ağaoğlu

Digər xəbərlər