Respublika Atçılıq Turizm və Atüstü Milli Oyunlar Mərkəzi ilə bağlı məsələyə aydınlıq gətirilib - FOTO

Respublika Atçılıq Turizm və Atüstü Milli Oyunlar Mərkəzi ilə bağlı məsələyə aydınlıq gətirilib - FOTO
# 21 aprel 2021 20:58 (UTC +04:00)

Mədəniyyət Nazirliyi Şəki şəhərində yerləşən Respublika Atçılıq Turizm və Atüstü Milli Oyunlar Mərkəzi ilə bağlı məsələyə açıqlama gətirib.

APA-nın sorğusuna cavab olaraq bildirilib ki, Şəki şəhərində yerləşən Respublika Atçılıq Turizm və Atüstü Milli Oyunlar Mərkəzi təsərrüfat hesablı müəssisədir.

Müəsisə 2021-ci il üçün mərkəzin saxlanmasına dair maliyyə vəsaitinin ayrılması Mədəniyyət Nazirliyinin büdcəsində nəzərdə tutulmayıb.

Eyni zamanda bununla əlaqədar nazirlikdə müzakirələr aparıldığı və məsələnin müvafiq həll yolları axtarıldığı vurğulanıb.

Qeyd edək ki, Şəki şəhərində yerləşən Respublika Atçılıq Turizm və Atüstü Milli Oyunlar Mərkəzindəki atların acınacaqlı durumları ilə bağlı soasil şəbəkədə görüntülər yayılıb və bu, ictimaiyyətin narazılığına səbəb olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR