BMT-nin ali nümayəndəsi: “Dini və mədəni irs obyektlərinə hörmət edilməlidir"

Migel Angel Moratinos

© APA | Migel Angel Moratinos

# 02 dekabr 2021 11:30 (UTC +04:00)

“Sülh davamlı prosesdir. Davamlı sülh isə daimi səy tələb edir. Biz hamımız buna nail olmaq üçün bütün imkanlarımız çərçivəsində birlikdə çalışmalıyıq”.

APA-nın məlumatına görə, bunu BMT-nin Sivilizasiyalar Alyansı üzrə ali nümayəndəsi Migel Angel Moratinos “Mədəniyyət naminə sülh” qlobal kampaniyasının Tərəfdaşlıq Forumuna videomüraciətində deyib.

Ali nümayəndə bildirib ki, sülh mədəniyyətinin inkişaf etdirilməsi və davamlı sülhün təmin edilməsi bir-birini tamamlayan prosesdir: “Mədəniyyətlərarası və dinlərarası dialoq qarşıdurmaya qarşı mühüm alətdir. Mədəniyyət naminə sülhün məqsədi BMT-nin Sivilizasiyalar Alyansının məqsədinə uyğundur. Bizim Alyans 2008-ci ildə Bakı prosesinin də əsas dəstəkçilərindən biri olub. Mədəniyyət naminə sülh konsepsiyası bu regionda davamlı sülhə nail olmaq üçün mühüm alətdir. Davamlı sülh qurmaq isə fərqli olanlarla dialoqu dəstəkləməklə mümkündür. Dini və mədəni irs obyektləri bütün dünyada insanları təmsil edir və onlara hörmət edilməlidir. Bu sahədə BMT-nin də qətnaməsi var ki, orada mədəni irsin silahlı münaqişə zamanı dağıdılması, o cümlədən terrorçu qruplar tərəfindən daşınması, dağıdılması pislənir. Bununla yanaşı BMT-nin baş katibi tərəfindən 2016-cı ildən işə salınmış dini abidələrin qorunması ilə bağlı fəaliyyət planı da var. Bu da dini yerlərin universallığını qorumaq üçün nəzərdə tutulub”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR