Çexiya və Almaniyanın təqdim etdikləri nominasiyalar Dünya İrs Siyahısına salınıb

Çexiya və Almaniyanın təqdim etdikləri nominasiyalar Dünya İrs Siyahısına salınıb
# 06 iyul 2019 18:23 (UTC +04:00)

Bu gün Ümumdünya İrs Komitəsi 43-cü sessiyasında baxılan daha bir məsələ Çexiyanın təqdim etdiyi "Kladrubi nad Labem mərasim atlarının təlimi və yerləşdirilməsi" nominasiyası olub.

Mədəniyyət Nazirliyindən APA-ya verilən məlumata görə, nominasiya barədə məlumatda qeyd olunub ki, Kladruby nad Labem indiki Çexiya ərazisində Pardubitse diyarında kiçik kənddir. Buradakı atçılıq zavodu Habsburq imperiyasında yaranmış (XVI əsr) fermer təsərrüfatının bir hissəsi olub və Avropada atçılığın inkişafına öz təsirini göstərib.

Təqdimatla bağlı ICOMOS bildirib ki, qərar layihəsində bufer zonası genişləndirilməli, yeni sənədlər hazırlanmalıdır. Bu faylla bağlı növbəti informasiyalar verilənə qədər yeni idarəçilik planı da hazırlanmalıdır.

Qırğızıstan, Kanada, Avstraliya, İspaniya və digər ölkələr formal hesabatlıqla bağlı dəyişikliklərin təsdiqlənməsinin vacibliyini vurğulayıblar və qərarın layihəsinə müsbət baxılmasının tərəfdarı olduqlarını bəyan ediblər. Gərgin müzakirələrdən sonra nominasiya Dünya İrs Siyahısına salınıb.

Daha bir təqdimat Almaniyanın hazırladığı “Auqsburq su idarəetmə sistemi” ilə bağlı nominasiya qovluğu olub.

Nominasiya barədə məlumatda bildirilib ki, yeddi əsrdən çoxdur bu sistemdən istifadə edilir. Faylla bağlı geniş qiymətləndirmə aparılıb, əsaslandırma əhatəli şəkildə qeyd olunub və o, Dünya İrs Siyahısına daxil olmağa tam hazırdır. Vurğulandı ki, Auqsburq su idarəetmə sistemi dayanıqlı sistemdir və insan fəaliyyətinin təzahürüdür.

Ümumdünya İrs Komitəsi üzvlərindən Çin, Azərbaycan, Tunis faylı dəstəklədilər. Müzakirələrdən sonra fayl siyahıya daxil edilib.

Ausburq şəhərinin meri peşəkar qiymətləndirməyə görə ICOMOS-a və faylın işlənməsində əməyi olan təşkilat qrupuna təşəkkür edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR