Mətbuat Şurası “Gündəlik Azərbaycan” qəzetinin redaktorunu döyən şəxslərin tapılması üçün hüquq-mühafizə orqanlarına müraciət edəcək

Mətbuat Şurası “Gündəlik Azərbaycan” qəzetinin redaktorunu döyən şəxslərin tapılması üçün hüquq-mühafizə orqanlarına müraciət edəcək
# 21 aprel 2007 10:40 (UTC +04:00)
Ə.Amaşov APA-ya açıqlamasında bununla bağlı MŞ-nin hüquq-mühafizə orqanlarına - Daxili İşlər Nazirliyinə və Respublika Prokurorluğuna müraciətlər edəcəyini bildirib: “Mətbuat Şurası Üzeyir Cəfərova fiziki təzyiq göstərən şəxslərin tapılmasında maraqlıdır və bunun üçün əlindən gələni edəcək”.
Qeyd edək ki, ötən gecə “Gündəlik Azərbaycan” qəzetinin redaksiyasından çıxarkən Ü. Cəfərov idmançı görkəmli iki şəxsin hücumuna məruz qalıb. Naməlum şəxslər onu bıçaqlamaq istəsələr də, səsə çıxan qəzet əməkdaşlarını görüb hadisə yerindən qaçıblar. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR