“Müxalifət” qəzetinin həbs edilən baş redaktoru və əməkdaşının hüquqlarını müdafiə komitəsi yaradılıb

“Müxalifət” qəzetinin həbs edilən baş redaktoru və əməkdaşının hüquqlarını müdafiə komitəsi yaradılıb
# 18 may 2007 11:45 (UTC +04:00)
Akademik Cəlal Əliyevin xüsusi ittiham qaydasında qaldırdığı iddia əsasında Yasamal rayon Məhkəməsinin qərarı ilə 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilmiş “Müxalifət” qəzetinin baş redaktoru Rövşən Kəbirli və qəzetin əməkdaşı Yaşar Ağazadənin hüquqlarını müdafiə komitəsi yaradılıb. APA-nın xəbərinə görə, quruma hüquqşünas Vaqif Hacıbəyli rəhbərlik edəcək. V. Hacıbəyli bildirib ki, R. Kəbirli ilə Y. Ağazadənin həbsi üçün heç bir əsas yoxdur və məhkəmə ədalətsiz hökm çıxarıb. O, siyasi qüvvələrin həbsdə olan jurnalistlərin müdafiəsi prosesinə qoşulmasının zəruri olduğunu vurğulayıb. “Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlu Redaktorlar Birliyinin keçirəcəyi piket və yürüş-mitinq haqqında məlumat verib. “Müxalifət” qəzetinin təsisçisi, Müsavat Partiyasının başqanı İsa Qəmbər Müdafiə Komitəsinə tam dəstək verəcəyini deyib. R. Kəbirli və Y, Ağazadənin vəkili, Media Hüququ İnstitutunun direktoru Rəşid Hacılı isə bazar ertəsi Yasamal rayon Məhkəməsinin hökmünün surətini aldıqdan sonra apellyasiya şikayəti verəcəyini açıqlayıb. Qeyd edək ki, vəkil Aslan İsmayılov da öz təşəbbüsü ilə R. Kəbirli və Y. Ağazadənin müdafiəsinə qoşulub. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR