Əhməd İsmayılov: Media savadlılığı artmasa, yaxşı nəticə əldə edə bilməyəcəyik

Əhməd İsmayılov: Media savadlılığı artmasa, yaxşı nəticə əldə edə bilməyəcəyik
# 16 fevral 2023 10:20 (UTC +04:00)

"Media islahatları bir çox istiqamətləri əhatə edir. Bunlardan ən vacibi də cəmiyyətlə düzgün kommunikasiyanın təşkil edilməsidir".

APA xəbər verir ki, bunu Medianın İnkişafı Agentliyinin icraçı direktoru Əhməd İsmayılov Elm və Təhsil Nazirliyinin Medianın İnkişafı Agentliyi ilə birgə keçirdiyi "Effektiv kommunikasiya" mövzusunda təlim-seminarda deyib.

O bildirib ki, dünyada artıq media savadlılığı sahəsində çox güclü işlər görülməkdədir.

"Media savadlılığı artmasa, nə qədər doğru düzgün informasiya istehsal etsək, nə qədər düzgün kommunikasiya yaratsaq, yaxşı nəticə əldə edə bilməyəcəyik. Bu, həmçinin dezinformasiyaların yayılmasının qarşısının alınmasında mühüm rol oynayır".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR