Jurnalist Fuad Əlizadə koronavirusdan vəfat edib

Fuad Əlizadə

© APA | Fuad Əlizadə

# 29 dekabr 2021 11:32 (UTC +04:00)

İqtisadçı-ekspert, “Zerkalo” qəzetinin keçmiş əməkdaşı Fuad Əlizadə yeni növ koronavirus (COVID-19) infeksiyasından vəfat edib.

Bu barədə APA-ya Azərbaycan Jurnalistlər Birliyinin sədri Elçin Şıxlı deyib.

“Fuad Əlizadə “Zerkalo”da şöbə müdiri olub. Son zamanlar isə CBC-də çalışırdı. O, bu gün səhər saatlarında dünyasını dəyişib”, - E. Şıxlı vurğulayıb.

Qeyd edək ki, Fuad Əlizadə dekabrın 10-da koronavirusa yoluxub. O, “Yeni Kinika"da müalicə alırdı.

Allah rəhmət eləsin!

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR