Tomas Bax: "Tokiodakı Oyunlarda tamaşaçı sayını məhdudlaşdırmaqdan danışmaq tezdir"

Tomas Bax: "Tokiodakı Oyunlarda tamaşaçı sayını məhdudlaşdırmaqdan danışmaq tezdir"
# 15 may 2020 09:43 (UTC +04:00)

“Tokiodakı Olimpiya Oyunlarını təhlükəsiz şəraitdə keçirmək çox vacibdir. Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələri vacib rol oynayır”.

Apasport.az saytının məlumatına görə, bunu Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Tomas Bax deyib.

O, koronavirus pandemiyası üzündən 2021-ci ilə təxirə salınan Tokio-2020 Yay Olimpiya Oyunlarının tamaşaçısız və ya müəyyən məhdudiyyətlə keçirilmə ehtimalına münasibət bildirib: “Tamaşaçıların sayını azaldıb-azaltmayacağımız hər şeyin bir ildən sonra necə olmasından asılıdır. İndi Tokiodakı Oyunlarda tamaşaçı sayını məhdudlaşdırmaqdan danışmaq tezdir”.

Qeyd edək ki, Olimpiya Oyunları 2021-ci il iyulun 23-dən avqustun 8-dək keçirilməlidir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR