Minsk-2019: Azərbaycan idmançısı 1/32 finala yüksəlib

Minsk-2019: Azərbaycan idmançısı 1/32 finala yüksəlib
# 21 iyun 2019 17:00 (UTC +04:00)

Belarusun paytaxtı Minskdə keçirilən II Avropa Oyunlarının kamandan oxatma növündəki yeganə Azərbaycan idmançısı mübarizəyə başlayıb.

APA-nın Minskə ezam olunmuş əməkdaşının məlumatına görə, kamandan oxatma yarışlarında qüvvəsini sınayan Ozay Qasımova hədəf önünə keçib.

Xanım idmançımız klassik oxdan nişan almaqda təsnifat mərhələsində qüvvəsini sınayıb. 19 yaşlı oxatanımız 586 xalla 43-cü yeri tutub.

Oxatanların mübarizəsi olimpiya sistemi ilə davam etdiriləcək. Təsnifatda ilk 16 yeri tutan idmançılar birbaşa 1/16 finala yüksəliblər. Digər oxatanlar isə 1/32 finalda qüvvələrini sınayacaqlar.

O.Qasımova almaniyalı Elena Luisa Senta Rixterlə görüşəcək. Bu mərhələ iyunun 25-də baş tutacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR