Minsk-2019: Azərbaycan yığması medal siyahısında 20-ci yerdə qərarlaşıb

Minsk-2019: Azərbaycan yığması medal siyahısında 20-ci yerdə qərarlaşıb
# 24 iyun 2019 04:51 (UTC +04:00)

Belarusun paytaxtı Minskdə keçirilən II Avropa Oyunlarının üçüncü gününə yekun vurulub.

APA-nın Minskə ezam olunmuş əməkdaşının məlumatına görə, yarışın arxada qalan hissəsində 62 dəst medal sahibini tapıb.

Rusiya milli komandası medal siyahısında liderdir. Şimallılar 19-u qızıl olmaqla 39 mükafata yiyələniblər.

Meydan sahibləri 2-ci, Ukrayna 3-cü pillədə qərarlaşıb. Ümumilikdə isə 50 iştirakçı ölkədən 32-si mükafatçılar sırasına düşməyi bacarıb. Bunlardan 19-u çempionluq sevinci də yaşayıb.

Azərbaycan yığması qızıl medal qazanmayan ölkələr arasında liderdir. Ümumi siyahıda 20-ci olan komandamız bir gün öncə olduğu kimi iyunun 23-də də hesabına 4 medal yazdırıb.

Ümumilikdə 8 dəfə mükafat əldə edən təmsilçilərimiz dörd gümüş və dörd bürünc qazanıblar. Bu uğurlar üç növdə gerçəkləşib. İdman akrobatikasında iki gümüş və bir bürünc, samboda bir gümüş və iki bürünc, cüdoda isə bir gümüş və bir bürünc əldə olunub.

yer

Ölkə

Qızıl

Gümüş

Bürünc

Cəmi

1

Rusiya

19

10

10

39

2

Belarus

10

9

15

34

3

Ukrayna

5

6

6

17

4

Gürcüstan

5

3

8

16

5

İtaliya

4

3

3

10

6

Belçika

3

1

1

5

7

Fransa

3

0

2

5

8

İsrail

2

2

0

4

9

Bolqarıstan

1

4

4

9

10

Hollandiya

1

4

1

6

11

Portuqaliya

1

2

3

6

12

Böyük Britaniya

1

2

2

5

13

Çexiya

1

2

1

4

14

Serbiya

1

1

2

4

15

Ermənistan

1

1

1

3

16

Kosovo

1

1

0

2

17

Xorvatiya

1

0

1

2

17

Sloveniya

1

0

1

2

17

İsveç

1

0

1

2

20

Azərbaycan

0

4

4

8

21

Yunanıstan

0

2

3

5

22

İspaniya

0

1

4

5

23

Latviya

0

1

2

3

23

Moldova

0

1

2

3

25

Estoniya

0

1

0

1

25

Slovakiya

0

1

0

1

27

Almaniya

0

0

3

3

27

Rumıniya

0

0

3

3

29

Macarlstan

0

0

2

2

29

Türkiyə

0

0

2

2

31

Avstriya

0

0

1

1

31

Danimarka

0

0

1

1

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR