Tokio-2020: Azərbaycan boksçusu 1/4 finala yüksəlib

Tokio-2020:  Azərbaycan boksçusu 1/4 finala yüksəlib
# 28 iyul 2021 15:42 (UTC +04:00)

Azərbaycan boksçusu Alfonso Dominqes Tokio-2020 Yay Olimpiya Oyunlarında ilk döyüşünə çıxıb.

Apasport.az saytının məlumatına görə, bu gün 26 yaşı tamam olan Avropa Oyunlarının qalibi ad gününə qələbə hədiyyə edib.

O, 1/8 finalda Dilşotbek Ruzmetovu (Özbəkistan) mübarizədən kənarlaşdırıb. 81 kq çəki dərəcəsində qüvvəsini sınayan Dominqes 4:1 hesabı ilə qalib gəlib.

Alfonso 1/4 finalda türkiyəli Bayram Malkanla üz-üzə gələcək. Döyüş iyulun 30-da baş tutacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR