Azərbaycan Prezidenti: Biz BƏƏ ilə dostluq münasibətlərimizə xüsusi əhəmiyyət veririk

Azərbaycan Prezidenti: Biz BƏƏ ilə dostluq münasibətlərimizə xüsusi əhəmiyyət veririk
# 02 dekabr 2022 11:12 (UTC +04:00)

Biz Birləşmiş Ərəb Əmirlikləri ilə qarşılıqlı etimad və dəstəyə əsaslanan dostluq münasibətlərimizə xüsusi əhəmiyyət veririk.

APA xəbər verir ki, bu barədə Prezident İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Əlahəzrət Şeyx Məhəmməd bin Zayed Al Nəhyana ünvanladığı təbrik məktubunda deyilib.

“Ötən otuz illik dövr ərzində dini və mədəni köklərlə bir-birinə bağlı olan ölkələrimiz arasında əlaqələr möhkəmlənmiş, qarşılıqlı maraq doğuran müxtəlif sahələrdə əməkdaşlığımız dinamik və davamlı şəkildə inkişaf etmişdir”, - Azərbaycan Prezidenti vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR