Dövlət Turizm Agentliyinin işçilərinin say həddi artırılıb

Dövlət Turizm Agentliyinin işçilərinin say həddi artırılıb
# 08 fevral 2023 14:34 (UTC +04:00)

Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin işçilərinin say həddi artırılıb.

APA xəbər verir ki, bu, Prezident İlham Əliyevin fərmanı ilə “Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında” fərmana edilən dəyişiklikdə əksini tapıb.

Fərmana əsasən, Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin işçilərinin say həddi cəmi 151 ştat vahidi olmaqla, Agentliyin Aparatı üzrə 63 ştat vahidi, regional turizm idarələri üzrə 88 ştat vahidi müəyyən edilib. İndiyə qədər Dövlət Turizm Agentliyi Aparatının işçilərinin say həddi 63 ştat vahidi müəyyən edilmişdi.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR