Prezident: Gələcəkdə Azərbaycan Avropaya təkcə təbii qaz yox, yaşıl enerjini ixrac edən ölkəyə çevriləcək

Prezident: Gələcəkdə Azərbaycan Avropaya təkcə təbii qaz yox, yaşıl enerjini ixrac edən ölkəyə çevriləcək
# 14 mart 2023 17:38 (UTC +04:00)

Azərbaycanın çox geniş bərpaolunan enerji potensialı var. Təkcə Xəzər dənizinin külək enerji potensialı 157 qiqavata bərabərdir.

APA xəbər verir ki, bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev martın 14-də Berlində Almaniya Kansleri Olaf Şolts ilə mətbuata bəyanatında söyləyib.

Artıq bir neçə kontraktın imzalandığını vurğulayan dövlət başçısı bildirib: “Əminəm ki, gələcəkdə Azərbaycan Avropaya təkcə təbii qaz yox, yaşıl enerjini ixrac edən ölkəyə çevriləcəkdir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR