Prezident İlham Əliyev: “Aparıcı beynəlxalq təşkilatlar postmüharibə reallıqlarını qəbul etdilər”

Prezident İlham Əliyev: “Aparıcı beynəlxalq təşkilatlar postmüharibə reallıqlarını qəbul etdilər”
# 22 aprel 2022 13:46 (UTC +04:00)

“Biz bundan sonra ancaq və ancaq güclənəcəyik”.

APA xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Şuşa şəhərində Dünya Azərbaycanlılarının V Qurultayında çıxışında deyib.

“Postmüharibə dövrü bunu bir daha göstərdi. Həm ərazilərin bərpası, həm beynəlxalq müstəvidə bizim addımlarımız bizim gücümüzü göstərir. Çünki postmüharibə dövrü çox həssas bir dövrdür və deyə bilərəm ki, artıq il yarım keçəndən sonra tam əminliklə demək olar ki, biz bu çətin sınaqdan da şərəflə çıxdıq. Aparıcı beynəlxalq təşkilatlar postmüharibə reallıqlarını qəbul etdilər. BMT - hansı ki, Şuşada beynəlxalq tədbir keçirmişdir. Avropa İttifaqı - hazırda Azərbaycan-Ermənistan arasında normallaşma prosesində çox fəal iştirak edir. ATƏT - hansı ki, çox yaxşı başa düşür ki, Minsk qrupu artıq yoxdur. Mən düzdür, bir neçə ay bundan əvvəl hələ Rusiya-Ukrayna müharibəsindən əvvəl demişdim. Məndən soruşmuşdular ki, Minsk qrupu nə ilə məşğul olacaq. Dedim ki, 2022-ci ildə onların yaranmasının 30 illik yubileyidir. Yubiley keçirəcəklər, sonra pensiyaya gedəcəklər. Amma Rusiya-Ukrayna müharibəsi başlayandan sonra heç yubiley keçirməyə də onlarda fürsət olmadı”, - Prezident İlham Əliyev vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR