"Avtostat": Rusiyanın avtomobil bazarında yalnız kupe və kabrioletlərin satışı artıb

"Avtostat": Rusiyanın avtomobil bazarında yalnız kupe və kabrioletlərin satışı artıb
# 03 iyul 2020 16:00 (UTC +04:00)

Bu ilin yanvar-may aylarında Rusiyanın avtomobil bazarında yalnız kupe və kabrioletlərin satışı artıb.

"APA-Economics" xəbər verir ki, bu barədə "Avtostat" analitik agentliyinin məlumatında deyilir.

Yanvar-may aylarında rusiyalılar 3,370 min kupe və kabriolet tipli avtomobil alıb ki, bu da 2019-cu ilin eyni dövrü ilə müqayisədə 5% çoxdur. May ayında bütün avtomobillərin satışı 53%, kupe və kabrioletlərin satışı isə 40% azalıb.

Cari ilin yanvar-may aylarında Rusiyadakı bütün növ (kupe və kabrioletlər istisna) yeni minik avtomobillərinin satışı 25% azalıb. Ən böyük azalma "A" seqmentində qeydə alınıb – kiçik şəhər avtomobillərinin ("citycar") satışı 78%. Ən kiçik azalma isə pikapların satışında olub – 16%.

Rusiyada avtomobil satışları böhrandan əvvəlki səviyyəyə gələn il yüksələ bilər. Rusiyanın Sənaye və Ticarət naziri Denis Manturov jurnalistlərə verdiyi müsahibədə qeyd edib ki, nazirlik 2021-ci ildə satışların bərpa olunacağına ümid edir.

Xatırladaq ki, 2019-cu ildə Rusiyada avtomobillərin satışı əvvəlki ilə nisbətən 2,3% azalaraq 1,759 mln. vahid təşkil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR