Azərbaycan Başqırdıstandan emal olunmuş ağac məhsulları idxal edən ölkələrin ilk beşliyinə daxil olub

Azərbaycan Başqırdıstandan emal olunmuş ağac məhsulları idxal edən ölkələrin ilk beşliyinə daxil olub
# 03 fevral 2021 11:56 (UTC +04:00)

Azərbaycan Rusiya Federasiyasının Başqırdıstan Respublikasından emal olunmuş ağac məhsulları idxal edən ölkələrin ilk beşliyinə daxil olub.

"APA-Economics"in məlumatına görə, bu barədə Başqırdıstan İstinad Mərkəzinin açıqlamasında deyilir.

Qeyd olunub ki, bu ilin yanvar ayının nəticələrinə görə, respublikanın ağac emalçıları tərəfindən 9,6 min kubmetrdən çox məhsul Azərbaycan, Belarus, Qazaxıstan, Çin və Özbəkistana tədarük edilib.

İxrac olunan bütün ağac məhsulları Baytarlıq və Fitosanitar Nəzarəti üzrə Federal Xidmətinin ("Rosselxoznadzor") Başqırdıstan İstinad Mərkəzinin laboratoriyalarında təhlükəsizlik sınaqlarından keçirilib. Ümumilikdə, yanvar ayında mərkəzin mütəxəssisləri 12,6 min kubmetrdən çox məhsulun üzərində araşdırma aparıblar.

Araşdırmalara əsasən, meşə məhsullarının ixracatçı ölkələrin bioloji təhlükəsizlik haqqında fitosanitar tələblərinə uyğunluğuna dair nəticə əldə olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR