Azərbaycan bu il Rusiyanın Belqorod vilayətindən heyvandarlıq məhsulları idxal edən əsas ölkələrdən olub

Azərbaycan bu il Rusiyanın Belqorod vilayətindən heyvandarlıq məhsulları idxal edən əsas ölkələrdən olub
# 16 oktyabr 2020 15:46 (UTC +04:00)

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan Rusiyanın Belqorod vilayətindən heyvandarlıq məhsullarının idxalına görə dördüncü olub.

"APA-Economics" Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə Rusiya Federasiyasının Baytarlıq və Fitosanitar Nəzarəti üzrə Federal Xidməti məlumat yayıb.

Bildirilir ki, ümumiyyətlə, Belqorodun 37 istehsalçısı tərəfindən heyvandarlıq məhsulları 32 ölkəyə ixrac olunur. Ümumilikdə, bölgədə məhsullarını xaricə tədarük etmək hüququ olan 88 təsərrüfat subyekti var.

Bu ilin doqquz ayının nəticələrinə görə, yaxın və uzaq xaricdəki ölkələrə məhsul ixracının həcmi 61,9 min tona çatıb.

"Ən çox ət və ət məhsulları Vyetnam, Honkonq, Abxaziya, Azərbaycana; yem və yem qatqıları – Danimarka, Niderland, Latviya və Ukraynaya; texniki yağlar – Niderland, Polşa və İsveçə; heyvan mənşəli xammal – Niderland, Polşa, Rumıniya, İsveç və İspaniyaya göndərilib", - məlumatda deyilir.

Hesabat dövründə bölgənin süd ixracatında 30% artım qeydə alınıb. Bölgədən süd məhsulları İsrail, Gürcüstan, Monqolustan, Azərbaycan, Moldova, Tacikistan, Türkmənistan, Özbəkistana tədarük edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR