Azərbaycan iyunda əczaçılıq məhsullarının idxalını azaldıb

Azərbaycan iyunda əczaçılıq məhsullarının idxalını azaldıb
# 17 iyul 2020 16:51 (UTC +04:00)

Bu ilin yanvar-iyun ayları ərzində Azərbaycana 180 783,17 min ABŞ dolları dəyərində 11 744,35 ton əczaçılıq məhsulları idxal edilib.

"APA-Economics"in Dövlət Gömrük Komitəsinin dərc etdiyi göstəricilər əsasında apardığı hesablamalarına görə, cari ilin ilk altı ayında Azərbaycanın idxal etdiyi əczaçılıq məhsullarının dəyəri ötən ilin müvafiq dövrü ilə müqayisədə 34,4% həcmi isə 68,9% artıb.

Təkcə bu ilin iyun ayı ərzində isə ölkəyə 29 281,8 min dollar dəyərində 1 948,78 ton əczaçılıq məhsulları idxal edilib ki, bu da may ayı ilə müqayisədə dəyər ifadəsində 5,4% az, həcm ifadəsində isə 5,5% çoxdur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR