Azərbaycan və Aİ biznes mühitinə dair sənədin nəticələrini müzakirə edir

Azərbaycan və Aİ biznes mühitinə dair sənədin nəticələrini müzakirə edir
# 09 mart 2021 12:36 (UTC +04:00)

Avropa İttifaqı (Aİ) ilə "Aİ Biznes Mühiti Hesabatı 2020" sənədinin nəticələri müzakirə olunur.

"APA-Economics" xəbər verir ki, bu barədə Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov "Twitter" hesabında yazıb.

Nazir əlavə edib ki, sənəd biznesin böyük ruh yüksəkliyini, gözləntilərini və qiymətləndirmələrini əks etdirir. O, beynəlxalq təşkilata mükəmməl iş üçün təşəkkürünü bildirib.

M. Cabbarovun sözlərinə görə, ölkədə təmsil olunan Avropa İttifaqı şirkətlərinin 80%-dən çoxu iqtisadi fəaliyyət üçün yenidən Azərbaycanı seçmək niyyətini ifadə edib. Ötən il bu rəqəm 75% təşkil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR