Azərbaycan və Rusiya iqtisadi tərəfdaşlığın inkişaf istiqamətlərini müzakirə edib

Azərbaycan və Rusiya iqtisadi tərəfdaşlığın inkişaf istiqamətlərini müzakirə edib
  • Clock-gray 12:08
  • calendar-gray 29 Oktyabr 2020

Azərbaycanla Rusiya arasında iqtisadi tərəfdaşlığın inkişafı istiqamətləri, investisiya qoyuluşu və birgə müəssisələrin yaradılmasına dair məsələlər müzakirə edilib.

Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondundan ("Azpromo") "APA-Economics"ə verilən məlumata görə, qeyd olunan məsələlərə dair müzakirələr video-konfrans formatında "Azpromo" və Rusiyanın Azərbaycandakı Ticarət Nümayəndəliyi arasında keçirilib.

"Azpromo"nun rəhbəri vəzifəsini icra edən Yusif Abdullayev Azərbaycanda yaradılan əlverişli biznes və investisiya mühiti, iqtisadi tərəfdaşlığın genişləndirilməsində Rusiyanın Azərbaycandakı Ticarət Nümayəndəliyinin səmərəli fəaliyyətini vurğulayıb.

Rusiyanın Azərbaycandakı ticarət nümayəndəsi Ruslan Mirsayapov Azərbaycanda uğurlu iqtisadi siyasətin həyata keçirildiyini, biznes və investisiya mühitinin daha da yaxşılaşdırılması sahəsində həyata keçirilən islahatların əhəmiyyətini qeyd edib, iqtisadi əməkdaşlığın genişləndirilməsi ilə bağlı fikirlərini bölüşüb.

Hüseyn Vəliyev

Digər xəbərlər