Azərbaycana ötən ay 42 mln. dollarlıq əczaçılıq məhsulları idxal olunub

Azərbaycana ötən ay 42 mln. dollarlıq əczaçılıq məhsulları idxal olunub
# 22 fevral 2021 10:58 (UTC +04:00)

Bu ilin yanvar ayı ərzində Azərbaycana 41 958,43 min ABŞ dolları dəyərində 3 319,92 ton əczaçılıq məhsulları idxal olunub.

"APA-Economics"in Dövlət Gömrük Komitəsinin hesabatı əsasında apardığı hesablamalarına görə, cari ilin ilk ayında Azərbaycanın idxal etdiyi əczaçılıq məhsullarının dəyəri ötən ilin müvafiq dövrü ilə müqayisədə 38,7%, həcmi isə 2 dəfədən çox artıb.

Ötən ilin dekabr ayı ilə müqayisədə isə bu ilin yanvarında sözügedən məhsulların ölkəyə idxalı dəyər ifadəsində 8,7% azalıb, həcm ifadəsində isə 62,8% artıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR