Azərbaycanda əcnəbi işçilərin sayı 10%-dən çox artıb

Azərbaycanda əcnəbi işçilərin sayı 10%-dən çox artıb
# 31 may 2020 15:08 (UTC +04:00)

Bu ilin aprelin 1-nə Azərbaycanda haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmaq üçün verilmiş və müddəti uzadılmış iş icazələri olan əcnəbilərin sayı illik 10%-dən çox artıb.

"APA-Economics" bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Məlumata əsasən, 2020-ci ilin I rübünün sonuna ölkə ərazisində haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmaq üçün verilmiş və müddəti uzadılmış iş icazələrindən qüvvədə olanlara malik olan əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin sayı 1300 nəfər təşkil edib. Onlardan 30,5%-i tikintidə, 19,5%-i mədənçıxarma sənayesində, 10,2%-i emal sənayesində, 9,6%-i turistlərin yerləşdirilməsi və ictimai iaşə, 6,8%-i ticarət; nəqliyyat vasitələrinin təmiri, 3,4%-i əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 2,5%- təhsil və 17,5%-i digər sahələrdə məşğul olmaq üçün iş icazələrinə malik olub.

Qeyd edək ki, 2019-cu ilin I rübünün sonuna ölkə ərazisində haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmaq üçün verilmiş və müddəti uzadılmış iş icazələrindən qüvvədə olanlara malik olan əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin sayı 1 179 nəfər təşkil edib. Onlardan 33,2%-i tikintidə, 21,2%-i mədənçıxarma sənayesində, 10,1%-i emal sənayesində, 8,3%-i turistlərin yerləşdirilməsi və ictimai iaşə, 4,9 %-i təhsil, 4,6 %-i ticarət; nəqliyyat vasitələrinin təmiri və 17,7%-i digər sahələrdə məşğul olmaq üçün iş icazələrinə malik olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR