Azərbaycanda əmək müqavilələrinin ləğv edilməsinə moratorium qoyulur

Azərbaycanda əmək müqavilələrinin ləğv edilməsinə moratorium qoyulur
  • Clock-gray 19:42
  • calendar-gray 23 Mart 2020

Azərbaycanda yeni tip koronavirus (Covid-19) epidemiyası ilə əlaqədar yaranmış vəziyyətlə bağlı əmək müqavilələrinin ləğv edilməsinə moratorium qoyulur.

APA-nın məlumatına görə, bunu İqtisadiyyat naziri Mikayıl Cabbarov bildirib.

M. Cabbarov deyib ki, dövlət sektoruna bununla bağlı artıq göstəriş verilib: “İnanırıq ki, özəl sektor da biznes fəaliyyətini sosial məsuliyyətini qəbul edərək həyata keçirəcək və hər hansı işçinin əmək müqaviləsinə xitam verilməsi məsələsinə baxılmayacaq. Dövlət bir tərəfdən bu məsələni nəzarətdə saxlamaq niyyətindədir. Digər tərəfdən isə yaranmış vəziyyətin mənfi təsir etdiyi müəssisə və sahibkarlara zəruri dövlət dəstəyinin təqdim edilməsi ilə həmin yükün sahibkarla dövlət arasında bölüşməsini həyata keçiririk. Sahibkarlara da mesajım odur ki, dövlət onların yanındadır. Dövlət onların bizneslərinin qorunub saxlanması, qısa müddətdə itirdikləri dövriyyələrini bərpa etməsinə əməli dəstək verilməsi üçün addımlar atacaq”.

Qeyd edək ki, Prezident İlham Əliyevin “Koronavirus (COVID-19) pandemiyasının və bundan irəli gələrək dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların Azərbaycan Respublikasının iqtisadiyyatına, makroiqtisadi sabitliyə, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı bir sıra tədbirlər haqqında” 19 mart tarixli sərəncamı ilə pandemiyanın Azərbaycan Respublikasının iqtisadiyyatına təsirini qiymətləndirmək üçün İqtisadiyyat nazirinin rəhbərliyi ilə İşçi Qrup yaradılıb.

Ramiz Mikayıloğlu

Digər xəbərlər