Azərbaycanda pivə istehsalı 10% artıb

Azərbaycanda pivə istehsalı 10% artıb
  • Clock-gray 12:55
  • calendar-gray 19 Oktyabr 2020

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda pivə istehsalı artıb.

Dövlət Statistika Komitəsindən "APA-Economics"ə verilən məlumata görə, cari ilin doqquz ayında ölkədə 4 560,7 min dekalitr pivə istehsal olunub. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 10% çoxdur. Cari ilin 1 oktyabr tarixinə hazır mәhsul ehtiyatı 317,6 min dekalitr olub.

Bununla yanaşı, hesabat dövründə Azərbaycan 21 336,6 min dekalitr həcmində alkoqolsuz içkilər istehsal edilib ki, bu da ötən ilin yanvar-sentyabr ayları ilə müqayisədə 3% çoxdur. Oktyabrın 1-nə anbarlarda 805,8 min dekalitr hazır məhsul istehsalı olub.

APA-Economics

Digər xəbərlər