Azərbaycanda sahibkarların kreditlərə çıxış imkanları genişləndirilir

Azərbaycanda sahibkarların kreditlərə çıxış imkanları genişləndirilir
# 09 dekabr 2020 11:55 (UTC +04:00)

Elektron Kredit Platforması (www.e-edf.gov.az) üzərindən 907 mln. manat həcmində yeni biznes krediti sifarişi üzrə 3 200-dən çox müraciət daxil olub.

İqtisadiyyat Nazirliyindən "APA-Economics"ə verilən məlumata görə, artıq 471 müraciət üzrə ümumi həcmi 145 mln. manat olan kreditlərin ayrılması barədə qərarlar qəbul edilib. Hazırda digər müraciətlərə baxılır və müəyyən olunmuş müddətdə nəticələr barədə sahibkarlara elektron platforma vasitəsilə məlumat verilir.

Kredit-zəmanət mexanizminin tətbiqi pandemiyadan zərər çəkmiş sahələrdə iqtisadi fəallığın və məşğulluğun qorunub saxlanması, likvidliyin dəstəklənməsi baxımından xüsusilə əhəmiyyətlidir. Yeni biznes kreditlərinin Elektron Kredit Platforması vasitəsilə verilməsi isə sahibkarlara biznes kreditləri üçün onlayn rejimdə müraciət, müvəkkil kredit təşkilatları və İqtisadiyyat Nazirliyində müraciətlərə eyni vaxtda baxılması və statusunun real vaxt rejimində izlənməsi, həmçinin 3 kredit təşkilatına eyni vaxtda müraciət imkanının yaradılması və s. kimi üstünlüklər yaradır. Beləliklə, sahibkarların kreditlərə çıxış imkanları genişlənir, sərf olunan vaxta və xərclərə qənaət olunur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR