Azərbaycanda uğurlu fəaliyyət göstərən şirkətlər işğaldan azad olunan ərazilərə cəlb oluna bilər

Azərbaycanda uğurlu fəaliyyət göstərən şirkətlər işğaldan azad olunan ərazilərə cəlb oluna bilər
  • Clock-gray 14:15
  • calendar-gray 18 Noyabr 2020

Sektoral və regional yanaşma işğaldan azad olunan ərazilərdə mövcud potensialın çox dəqiq qiymətləndirilməsini özündə ehtiva edir.

"APA-Economics"in məlumatına görə, bunu Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) təşkilatçılığı Qarabağın gələcək iqtisadiyyatına həsr olunan müzakirələrdə çıxışı zamanı iqtisadiyyat nazirinin müavini Niyazi Səfərov deyib.

Onun sözlərinə görə, işğaldan azad olunan ərazilərində iqtisadi inkişaf məqsədilə böyük iqtisadi resurslar mövcuddur ki, bu istiqamətdə tikinti, eyni zamanda mədən sənayesinin inkişaf etdirilməsi üçün olduqca böyük potensial var: "Bildiyiniz kimi, "AzərGold" şirkətinin fəaliyyəti son zamanlar genişləndirilərək digər sahələri də əhatə edir. Bu şirkətin timsalında biz Azərbaycanda uğurlu fəaliyyət göstərən digər şirkətlərin işini də işğaldan azad olunmuş ərazilərdə uğurla qura bilərik. Digər məsələ insan resursları ilə bağlıdır. Bu ərazilərə insanların köçməsi, məşğulluğun təmin olunması, yenidən məskunlaşan insanların bilik səviyyəsinin və təcrübələrinin artırılması qarşımızda bir vəzifə olaraq qoyulub".

Hüseyn Vəliyev

Digər xəbərlər