Azərbaycanda xarici startapçılar üçün dövlət dəstəyi mexanizmləri hazırlanır

Azərbaycanda xarici startapçılar üçün dövlət dəstəyi mexanizmləri hazırlanır
# 16 dekabr 2020 16:14 (UTC +04:00)

Azərbaycana gələcək xarici startapçılara dövlət dəstəyi mexanizmləri təklif olunacaq. “APA-Economics” xəbər verir ki, bu barədə "İnnovasiya həftəsi" çərçivəsində keçirilən "Made in Azerbaijan: İnnovasiyalar və Texnologiyalar" onlayn forumunda çıxış edən İnnovasiyalar Agentliyinin İdarə Heyətinin üzvü Fariz Quliyev deyib.

Onun sözlərinə görə, bu mexanizmlərin hazırlanmasında bir sıra dövlət qurumu cəlb olunub. Prosesə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi dəstək verir: "Hazırda xarici vətəndaşların həm miqrasiya məsələlərinin, həm Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi üzrə əlaqədar olan sosial məsələlərin, həm də vergidən, hətta fiziki şəxsin gəlir vergisinə qədər azad olunması məsələlərinə dair təkliflər irəli sürülüb, iqtisadi və hüquqi əsaslandırma hazırlanaraq aidiyyəti qurumlara göndərilib. Gözlənilir ki, yaxın 1-1,5 il ərzində bu məsələlər tam elektronlaşdırılacaq".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR