Bakıda Azərbaycan-Gürcüstan hökumətlərarası komissiyanın iclası keçiriləcək

Bakıda Azərbaycan-Gürcüstan hökumətlərarası komissiyanın iclası keçiriləcək
# 10 fevral 2020 13:24 (UTC +04:00)

Yaxın vaxtlarda Bakıda Azərbaycan-Gürcüstan iqtisadi əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyanın iclası keçiriləcək.

APA-nın yerli bürosunun məlumatına görə, bunu bu gün Tbilisidə Azərbaycanın İqtisadiyyat naziri Mikayıl Cabbarovun rəhbərlik etdiyi Azərbaycan nümayəndə heyəti ilə görüşün yekunlarını jurnalistlərə şərh edən Gürcüstanın İqtisadiyyat və Davamlı İnkişaf naziri Natiya Turnava deyib.

Onun sözlərinə görə, bu gün iki ölkə arasında mövcud qarşılıqlı əlaqələr olduqca yüksək səviyyədədir. Hazırda Gürcüstanda 700-ə yaxın Azərbaycan şirkəti fəaliyyət göstərir və onlar üçün lazımi biznes mühit yaradılıb.

“Lakin bir sıra yeni potensial layihələr də var ki, onlarla bağlı məsələləri məhz bugünkü görüşdə müzakirə etdik. Bura elektrik enerjisi, qaz, logistika və s. layihələr daxildir. Ümumiyyətlə görüş olduqca pozitiv keçdi. Bu, demək olar, yaxın vaxtlarda Bakıda keçiriləcək Azərbaycan-Gürcüstan hökumətlərarası komissiyasının iclasına bir hazırlıqdır”, - deyə gürcü nazir bildirib.

Qeyd edək ki, Azərbaycan-Gürcüstan iqtisadi əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyanın həmsədrləri hər iki ölkənin Baş nazirləri çıxış edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR