İran və Azərbaycan preferensial ticarət müqaviləsinin hazırlanması üçün texniki müzakirələr aparacaq

İran və Azərbaycan preferensial ticarət müqaviləsinin hazırlanması üçün texniki müzakirələr aparacaq
# 17 iyun 2020 12:33 (UTC +04:00)

İranla Azərbaycan arasında preferensial ticarət müqaviləsinin hazırlanması üçün texniki müzakirələr aparılacaq.

İran İslam Respublikasının Azərbaycandakı səfirliyindən "APA-Economics"ə verilən məlumata görə, bu layihələrin icrası iki ölkə arasında ticarətin daha da artmasına töhfə verəcək.

Məlumatda bildirilir ki, iki ölkənin özəl sektorları arasında ticarət əlaqələrinin yaxşılaşdırılması və genişləndirilməsi istiqamətində bu sektor nümayəndələrinin təklifləri müsbət qarşılanıb və onların həyata keçməsini hazırda gündəmdədir.

Həmçinin səfirlik İran yük avtomobillərinin iki ölkənin gömrük məntəqələrində qarşılaşdığı bəzi problemlərin həlli üçün yaxından məşğul olacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR