Rusiyanın ən zəngin adamları məlum olub - TOP-5

Rusiyanın ən zəngin adamları məlum olub - TOP-5
# 16 fevral 2021 10:17 (UTC +04:00)

Milyarder Vladimir Potanin Rusiyanın ən zəngin adamı olub.

"APA-Economics"in məlumatına görə, bu barədə "Forbes" jurnalı yazır.

Qeyd olunur ki, "Nornikel"in ortaq sahibinin sərvəti 30 mlrd. ABŞ dollarını ötüb. Bu, Rusiya sahibkarları arasında tarixi bir rekorddur.

Potaninin sərvətinin böyüməsi "Nornikel"in səhmlərinin kotirovkalarının artması ilə təmin edilir.

"Forbes"un məlumatına görə, Rusiyanın 5 ən zəngin adamı sırasında həmçinin Aleksey Mordaşov və ailəsi (28,5 mlrd. dollar), Vladimir Lisin (26 mlrd. dollar), Leonid Mixelson (25,2 mlrd. dollar) və Gennadi Timçenko (22,3 mlrd. dollar) yer alıblar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR